Tibbi turizm — yaşayış bölgəsindən kənarda planlaşdırılan tibbi xidmətlərin göstərilməsini, xaricdə tətilin yüksək ixtisaslı tibbi yardımla birləşdirilməsini ifadə edən bir termin. Tibbi turizm mütləq tibbi xidmətin başqa bir dövlətdə alınmasını nəzərdə tutmur. Məsələn, ABŞ-də xəstələr xərcləri azaltmaq üçün digər dövlətlərə müraciət edə bilər.[1] Tibbi turizm üç qrupa bölünür: daxili, xarici və gələn. Daxili tibbi turizm adətən bir ölkənin vətəndaşlarının tibbi xidmətlər almaq üçün bölgələri arasında hərəkəti adlanır. Xarici tibbi turizm xəstənin öz tibbi ehtiyaclarını ödəmək üçün xaricə getməsi halında tibbi xidmətlərin idxalı hesab olunur. Gələn tibbi turizm tibbi xidmətlərin ixracı, yəni xarici xəstələrə tibbi xidmət göstərilməsi üçün cəlb edilməsidir.[2]